Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur

Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur Hesablama Palatası dövlət büdcəsinin tərtibi prosesinin əsaslı surətdə təkmilləşdirilməsini tövsiyyə edir
Maliyyə
23 May , 2017 18:41
Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur
Hesablama Palatası / Report

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanmasını təklif edir.

"Report" bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının hazırladığı rəyə istinadən xəbər verir.

"Nəzarət tədbirləri ilə müəyyən olunub ki, bir çox hallarda mənzil fondunun zərərinin müəyyən edilməsi zamanı zərərin əsassız artırılması, mənzil fondunun gəlirlərinin azaldılması və yığım səviyyəsinin aşağı olması hallarına rast gəlinib. Mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması barədə Hesablama Palatası tərəfindən müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib", - deyə sənəddə qeyd olunub.

Hesablama Palatası bİr sıra xərclərin icra faizinin aşağı səviyyədə olmasını nəzərə alaraq dövlət büdcəsinin tərtibi prosesinin əsaslı surətdə təkmilləşdirilməsini, o cümlədən proqnoz məbləğlərinin dəqiq hesablamalar aparılaraq tərtib edilməsini, büdcə təşkilatlarının əsas funksional fəaliyyətləri ilə bilavasitə əlaqədar olmayan xərclərin azaldılmasını və vəsaitlərdən yeni dövrün çağırışlarına uyğun olaraq qənaətlə və səmərəli istifadə edilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsini tövsiyyə edib.

Son xəbərlər

Orphus sistemi