Azərbaycanda sosial sığorta daxilolmaları 8 % artıb

Azərbaycanda sosial sığorta daxilolmaları 8 % artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 494,5 milyon manat təşkil edib.
Maliyyə
17 Sentyabr , 2021 17:47
Azərbaycanda sosial sığorta daxilolmaları 8 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 494,5 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 8,1 % artıb, proqnoz 232,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % artaraq 1 583 milyon manat təşkil edib, proqnoz 113,3 % icra olunub.

Son xəbərlər

Orphus sistemi