Azərbaycanda “sosial ev”lərin alınmasına 118 milyon manat kredit verilib

Azərbaycanda “sosial ev”lərin alınmasına 118 milyon manat kredit verilib Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 1 063 mənzilin satışının dəstəklənməsi məqsədi 44,6 milyon manat güzəştli kredit verib.
Maliyyə
6 Dekabr , 2021 13:32
Azərbaycanda “sosial ev”lərin alınmasına 118 milyon manat kredit verilib

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 1 063 mənzilin satışının dəstəklənməsi məqsədi 44,6 milyon manat güzəştli kredit verib.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə 2018-ci ildən etibarən “sosial ev”lərin maliyyələşdirilməsi üçün 2 725 şəxsə 118,1 milyon manat güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat adi ipoteka krediti verilib.

Qeyd edək ki, Azərbaycanda adi ipotekanın maksimal məbləği 150 min manat, müddəti 25 il, minimal ilkin ödəniş 15 %, maksimal illik faiz dərəcəsi isə zəmanət verilməmiş kreditlər üzrə 8 %, zəmanət verilmiş kreditlər üzrə 7 % səvviyəsindədir.

Güzəştli ipoteka kreditlərinin isə maksimal məbləği 100 min manat, müddəti 30 il, minimal ilkin ödəniş 10 %, maksimal illik faiz dərəcəsi isə zəmanət verilməmiş kreditlər üzrə 4 %, zəmanət verilmiş kreditlər üzrə 3,7 % səvviyəsindədir. 

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi