Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib “İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə, təxminən, 5 milyon manat sığorta ödənişi verib.
Maliyyə
25 İyul , 2019 17:14
Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə, təxminən, 5 milyon manat sığorta ödənişi verib.

“Report”un əldə etdiyi məlumata görə, ödəniş sığortaçı ilə birlikdə “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib.

Belə ki, aviaşirkətə məxsus olan sığortalı “Boeing 747” markalı təyyarə bu ilin əvvəllərində Cənubi Koreyanın paytaxtı Seulun hava limanına enərkən onun mühərriki zədələnib. Problemi həmin aeroportun texniki heyəti aradan qaldırıb. 

Bundan sonra sığorta ödənişi ilə bağlı prosedurlar başlayıb və “İpək Yolu Sığorta” təyyarənin təkrar sığortasını üzərinə götürmüş xarici tərəfdaşlarına müraciət edib. Bu ilin may ayından başlayaraq “Silk Vey Vest Aviaşirkəti”nə ödəniş edilməsinə başlanılıb. Mayda, təxminən, 4,5 milyon manat, iyunda isə, təxminən, 500 min manat kompensasiya ödənilib. 

Son xəbərlər

Orphus sistemi