Bakı. 26 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın verilməsi üçün attestasiya keçirir.
Bu barədə “Report” Nəzarət Palatasına istinadən xəbər verir.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydaları ilə tənzimlənən attestasiyada ümumiilikdə 4 nəfər sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslərin və 54 nəfər sığorta vasitəçisinin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. İmtahanlar fevralın 1-də yekunlaşacaq.