Azərbaycanda sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək

Azərbaycanda sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək Bakı. 8 may. REPORT.AZ/ Mayın 10-11-də və 21-29-da Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün attestasiya keçirməyi planlaşdırır.
Maliyyə
8 May , 2018 14:57
Azərbaycanda sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək
Report
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Mayın 10-11-də və 21-29-da Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün attestasiya keçirməyi planlaşdırır. 

“Report” Palataya istinadən xəbər verir ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.

Həmçinin artıq 23-30 aprel 2018-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb. Attestasiyada iştirak etmiş namizədlərdən 11 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. (https://www.fimsa.az/assets/upload/files/Attestasiya%20-aprel(1).pdf)

Xatırladaq ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur. 

Son xəbərlər

Orphus sistemi