Azərbaycanda sığorta şirkətinin yığımları 36% azalıb

Azərbaycanda sığorta şirkətinin yığımları 36% azalıb Şirkət 6 ay ərzində 82 185 manat ödəniş edib
Maliyyə
11 İyul , 2016 12:43
Azərbaycanda sığorta şirkətinin yığımları 36% azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "Başak İnam" Sığorta Şirkəti ASC-nin daxilolmaları 407 137 manat təşkil edib.

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,87% azdır.

Hesabat dövründə "Başak İnam"ın ödənişləri də azalıb. Belə ki, şirkət 6 ay ərzində 82 185 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 71,78% azdır.

2016-cı ilin yanvar-iyununda "Başak İnam" topladığı hər 100 manat sığorta haqqının 20,19 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 45,87% olub. 

Son xəbərlər

Orphus sistemi