​Azərbaycanda sənaye kreditləşməsi 41% artıb

​Azərbaycanda sənaye kreditləşməsi 41% artıb Kənd təsərrüfatının kreditləşməsi isə 14% artıb
Maliyyə
13 Yanvar , 2015 11:52
​Azərbaycanda sənaye kreditləşməsi 41% artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşu illik müqayisədə 14,03% artaraq 2014-cü il dekabrın 1-nə 837,1 mln. manata çatıb. "Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə bu sahəyə ayrılan kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 0,2 faiz bəndi azalaraq 4,6%-ə düşüb.

Hesabata əsasən, bu müddətdə sənaye və istehsal sektorunun kreditləşməsi illik 41,44% artaraq 2014-cü il dekabrın 1-nə 2,067 mlrd. manat olub. Bu sektora kredit qoyuluşunun ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunda xüsusi çəkisi 1,8 faiz bəndi artaraq 11,4% təşkil edib. Bildirək ki, 2014-cü il ölkədə "Sənaye ili", bu il isə "Kənd təsərrüfatı ili" elan olunub.

Qeyd edək ki, kredit maliyyə təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu illik 19,07% artaraq 2014-cü il dekabrın 1-nə 18,152 mlrd. manata çatıb. Bu kreditlərin 5,4%-nin və ya 981,5 mln. manatının vaxtı keçib. 

Son xəbərlər

Orphus sistemi