Azərbaycanda saxta pul nişanlarının sayı 30 % azalıb

Azərbaycanda saxta pul nişanlarının sayı 30 % azalıb 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı 628 ədəd saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb
Maliyyə
15 Mart , 2021 09:57
Azərbaycanda saxta pul nişanlarının sayı 30 % azalıb

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və hüquq mühafizə orqanlarına təqdim edib ki, bu da 2019-cu illə müqayisədə 30 % azdır.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ötən il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə - 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə - 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində AMB-nin istifadəyə verdiyi “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi