Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmalar 32% azalacaq

Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmalar 32% azalacaq Gələn il Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmaların 200 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
8 Noyabr , 2021 12:08
Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmalar 32% azalacaq

Gələn il Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmaların 200 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,2% azdır.

Azalmaya səbəb sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, o cümlədən bina tikintisi ilə məşğul olan şəxslərin ve vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi, eyni zamanda sadələşdirilmiş vergi ödəyiciləri olan mikrosahibkarlıq subyektlərinin mənfəət (gəlir) vergisi ödəyicilərin çevrilməsidir.

Son xəbərlər

Orphus sistemi