Azərbaycanda rublun məzənnəsi 7 aylıq maksimuma çatıb

Azərbaycanda rublun məzənnəsi 7 aylıq maksimuma çatıb Rublun bahalaşması Rusiyada ABŞ dollarının ucuzlaşması ilə bağlıdır
Maliyyə
12 Yanvar , 2018 09:58
Azərbaycanda rublun məzənnəsi 7 aylıq maksimuma çatıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda Rusiya rublunun rəsmi məzənnəsi son 7 ayın maksimal səviyyəsinə çatıb və bu gün 0,0301 manat təşkil edib. 

"Report" xəbər verir ki, 2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra rublun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 6-da (0,0324 manat) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il dekabrın 18-də (0,0148 RUB/AZN) olub. Hazırda rublun məzənnəsi maksimal həddən 7,1% aşağıdır.

"Report" xəbər verir ki, Azərbaycanda rublun bahalaşmasına səbəb Rusiyada ABŞ dollarının məzənnəsinin azalması amili olub. Belə ki, Rusiyada dollar son 7 ayın minimal səviyyəsi - 56,4285 rubla geriləyib. Geriləməyə səbəb isə neft qiymətlərinin yüksəlməsi və dolların qlobal valyuta bazarında mövqelərinin zəifləməsi amili olub.

Son xəbərlər

Orphus sistemi