Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qaydalar təsdiqlənib Bu, investisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi və marja ticarəti ilə bağlı qaydalardır
Maliyyə
12 Yanvar , 2016 18:16
Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qaydalar təsdiqlənib

Bakı. 12 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən yeni qayda təsdiq edilib. 

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, “İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Bu qaydalar kütləvi təklif üsulu ilə yerləşdirmədən sonra investisiya qiymətli kağızlarının qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə onların emitent və ya anderrayter tərəfindən satın alınmasının şərtlərini və bununla əlaqədar məlumatların açıqlanması üzrə tələbləri müəyyən edir.

QKDK tərəfindən həmçinin “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. 

Bu qaydalar baza aktivi (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılması üzrə investisiya xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi