Azərbaycanda qeyri-neft sektoruna birbaşa investisiyalar 4% azalıb

Azərbaycanda qeyri-neft sektoruna birbaşa investisiyalar 4% azalıb Bakı. 14 iyun. REPORT.AZ/ Birinci rübdə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1 017.8 mln. dollar olub.
Maliyyə
14 İyun , 2018 16:18
Azərbaycanda qeyri-neft sektoruna birbaşa investisiyalar 4% azalıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Birinci rübdə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1 017.8 mln. dollar olub.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 81.6% təşkil edib.

2018-ci ilin yanvar-mart aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin artımı cəlb olunmuş investisiya ilə kapitalın repatriasiyası arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 186,8 mln.dollar olub. Bu da ötən ilin müvafiq dövrünə nəzərən 3,7% azdır. 

Son xəbərlər

Orphus sistemi