Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmları 8% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmları 8% artıb Vergilər Nazirliyi vergi daxilolmalarının həcmini açıqlayıb
Maliyyə
13 Mart , 2015 13:30
Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmları 8% artıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz tapşırığına 103,2% əməl edilib. Nəticədə, qeyri-neft sektoru üzrə 666,636 mln. manat vəsait daxil olub.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çoxdur.

Qeyd edək ki, yanvar ayında qeyri-neft sektoru üzrə 344,706 mln. manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çox olub. Yanvarda ölkə üzrə 7 114 vergi ödəyicisi qeydiyyata alınıb. Nəticədə, 2015-ci il fevralın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 242 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi