Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 42 % artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 42 % artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çox - 1 milyard 830,4 milyon manat təşkil edib, proqnoz 108,7 % icra olunub.
Maliyyə
18 Mart , 2022 14:05
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 42 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çox - 1 milyard 830,4 milyon manat təşkil edib, proqnoz 108,7 % icra olunub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, vergi daxilolmalarının 1 milyard 398,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 41,8 %, proqnozdan isə 8,7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi