Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 13% artıb

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 13% artıb Məcmu kreditlərdə qeyri-bank kredit təşkilatlarının xüsusi çəkisi də artıb
Maliyyə
14 Sentyabr , 2017 11:10
Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 13% artıb
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Qeyri-bank kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi iyul ayında 53,1 mln. manat və ya 13,3% artaraq avqustun 1-nə 452,3 mln. manata çatıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Eyni zamanda, qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşlarının cəmi kreditlərdə xüsusi çəkisi 2,9%-dən 3,5%-ə yüksəlib.

Hesabata əsasən, qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi yanvar-mart ayları ərzində dəyişməz qalaraq 454,4 mln. manat təşkil edib. Daha sonra, apreldə 399,2 mln. manata düşüb və I yarımilin sonunadək sabit qalıb.

Qeyd edək ki, kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşu iyulda 1 021,2 mln. manat və ya 7,4% azalaraq 2017-ci il avqustun 1-nə 12 860,8 mln. manat təşkil edib. Bunun 2 895,7 mln. manatı və ya 22,5%-i dövlət bankları, 9 512,8 mln. manatı və ya 74,0%-i özəl banklar, qalanı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi