Azərbaycanda pul bazası bu il dekabrın 1-nə 10 674,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,65% çoxdur.
Pul bazası ilin əvvəlinə nisbətən 11,8%, son 1 ildə isə 18,8% artıb.