​Azərbaycanda pul bazası iyunda cüzi artıb

​Azərbaycanda pul bazası iyunda cüzi artıb İllik müqayisədə isə artım 2,7% olub
Maliyyə
1 İyul , 2016 16:59
​Azərbaycanda pul bazası iyunda cüzi artıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin iyun ayı ərzində 47,8 mln. manat və ya 0,63% artaraq iyulun 1-nə 7 689,4 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 202,4 mln. manat və ya 2,7% artıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə isə 7 641,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi