Azərbaycanda problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb

Azərbaycanda problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin məhz 2019-cu ildə həll edilməsinin səbəbini açıqlayıb.
Maliyyə
170
1 Mart , 2019 16:28
Azərbaycanda problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin məhz 2019-cu ildə həll edilməsinin səbəbini açıqlayıb.

“Report”un məlumatına görə, baş bankir bu barədə "Real TV"də danışıb.

“Dollar kreditləri ilə bağlı məsələ vətəndaşların sosial-iqtisadi problemlərinin ilk 3-lüyünə düşə biləcək problemdir. Bununla bağlı ciddi ictimai müzakirələr gedirdi. Bu məsələnin həlli ciddi hazırlıq tələb edirdi. Hesab edirəm ki, manatın devalvasiyasından sonrakı müddət ərzində dollar kreditləri problemi heç vaxt prezidentin siyasi gündəliyindən çıxmayıb. Nəyə görə indi? Sadəcə, bunun üçün iqtisadiyyatı sabitləşdirmək, onu yeni reallıqlara, neft qiymətlərinə uyğunlaşdırmaq və dayanıqlılığını təmin etmək lazım idi. İqtisadi məntiq bunu tələb edir. 70 mlrd. manatlıq iqtisadiyyatı yeni əsaslara, yeni platformaya keçirmək asan məsələ deyildi. 2018-ci ilin sonlarından ilk nəticələri görməyə başladıq və belə genişmiqyaslı problemə yeni yanaşma nümayiş etdirməyə imkan verdi”, - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi