Azərbaycanda problemli kreditlərin məbləği 9 aylıq fasilədən sonra 1,7 mlrd. manatdan aşağı düşüb

Azərbaycanda problemli kreditlərin məbləği 9 aylıq fasilədən sonra 1,7 mlrd. manatdan aşağı düşüb Bu rəqəm noyabrın 1-nə 1 698,6 mln. manat təşkil edib
Maliyyə
5 Dekabr , 2018 09:18
Azərbaycanda problemli kreditlərin məbləği 9 aylıq fasilədən sonra 1,7 mlrd. manatdan aşağı düşüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 698,6 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 2,9% azdır.

Sonuncu dəfə problemli kreditlərinin məbləği 9 ay bundan əvvəl (bu ilin yanvar ayının yekununda) 1,7 mlrd. manatdan az olub.

İlin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4,4% artıb, ötən il noyabrın 1-nə nisbətən isə 10,1% azalıb.

Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,2%, ötən ilin sonuna 13,8%, ötən il oktyabrın sonuna isə 15,5% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi