Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verilib - ƏLAVƏ OLUNUB

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verilib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 10:13-də verilib
Maliyyə
28 mart 2019 06:46
Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 10:13-də verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.

“Report” xəbər verir ki, fiziki şəxslər pk.fimsa.az ünvanında yerləşən bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala biləcəklər.

Belə ki, portal vətəndaşlara hesablanmış kompensasiyanın məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.

***

“Azərbaycanda bəzi vətəndaşlar şəxsiyyət vəsiqəsinin nömrəsinin dəqiq olmaması ilə əlaqədar problemli kreditlərin həllinə dair portalda adlarını tapmaya bilər”.

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib.

Son xəbərlər

Orphus sistemi