​Azərbaycanda problemli kreditlərin həcmi azalıb

​Azərbaycanda problemli kreditlərin həcmi azalıb Vaxtı keçmiş kreditlərin məcmu kreditlərin strukturunda payı da azalıb
Maliyyə
7 Sentyabr , 2015 12:32
​Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2015-ci il avqustun 1-nə 1 294,8 mln. manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 43,9 mln. manat və ya 3,3% azdır.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin məcmu kreditlərin strukturunda payı isə 6,6%-dən 6,4%-ə düşüb. Halbuki, keçən ilin analoji dövründə bu göstərici 5,3% olub.

Milli valyutada vaxtı keçmiş kreditlər iyul ayı ərzində 33,8 mln. manat və ya 3,7% azalaraq avqustun 1-nə 887,2 mln. manat təşkil edib. Manatla kreditlərin strukturunda isə problemli kreditlərin xüsusi çəkisi 8%-dən 7,8%-ə enib (keçən ilin analoji dövründə 5,7% olub).

Xarici valyutada vaxtı keçmiş kreditlər aylıq müqayisədə 10,1 mln. manat və ya 2,4% azalaraq avqustun 1-nə 407,6 mln. manat olub. Valyuta kreditlərinin 4,6%-i problemli kreditlərin payına düşüb ki, bir ay öncə bu göstərici 4,8%, keçən ilin avqustun əvvəlində isə 4,1 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi