Azərbaycanda problemli kreditlər ümumi kredit portfelinin 14%-nə çatıb

Azərbaycanda problemli kreditlər ümumi kredit portfelinin 14%-nə çatıb Bu rəqəm avqustun 1-nə 1 812,8 mln. manat təşkil edib
Maliyyə
8 Sentyabr , 2017 16:00
Azərbaycanda problemli kreditlər ümumi kredit portfelinin 14%-nə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlər bu il avqustun 1-nə 1 812,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1 mln. manat və yaxud 0,12% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 340,2 mln. manat və yaxud 23,1%, son 1 ildə isə 308,4 mln. manat və yaxud 20,5% artıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1% olub. Bu nisbət iyunun sonunda 13,1%, ötən ilin sonunda və ötən il iyulun sonunda isə 9% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi