Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlər azalıb Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 084,8 milyon manat təşkil edib.
Maliyyə
261
25 İyun , 2020 15:39
Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 084,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 12% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 14,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,4% azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət aprelin sonuna 8,1%, ötən ilin sonuna 8,3%, ötən il mayın sonuna isə 11,3% olub.

Son xəbərlər

Orphus sistemi