Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda problemli kreditlər artıb Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 900,4 milyon manat təşkil edib
Maliyyə
109
23 Fevral , 2021 13:16
Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 900,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,8% çoxdur.

Bununla belə, problemli kreditlər son 1 ildə isə 31,1% azalıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,2% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il yanvarın sonuna isə 8,4% olub.

Son xəbərlər

Orphus sistemi