Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 662,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,2% çoxdur.
Bununla belə, ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 29,35 % azalıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5% təşkil edib. Bu nisbət iyunun sonuna da 3,5%, ötən ilin sonuna 4,2%, ötən il iyulun sonuna isə 6,1% olub.