Azərbaycanda poçt şöbələri də kredit verəcək

Azərbaycanda poçt şöbələri də kredit verəcək Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi pilot layihə hazırlayıb
Maliyyə
252
17 Yanvar , 2015 15:15
Azərbaycanda poçt şöbələri də kredit verəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda geniş şəbəkəyə malik olan poçt şöbələrinin müştərilərə mikrokreditlərin verilməsi və onların ödənilməsi baxımından əlverişli bir mexanizmdir. Artıq poçt şöbələrinin istehlakçılara kredit verməsilə bağlı müvafiq pilot layihə hazırlanıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

"Poçtların kredit verməsilə bağlı pilot layihə hazırlamışıq, bank siyasəti dövlətin, həmçinin tənzimləyici orqan kimi Mərkəzi Bankın diqqət mərkəzindədir. Ona görə də hüquqi bazanı genişləndirib, bir neçə pilot layihəsi hazırlamışıq. Hüquqi məsələləri həll etdikdən sonra onu həyata keçirməyə başlayacağıq. Hesab edirik ki, bu, nəticə verəcək, çünki mikrokreditlərin verilməsi, onların qaytarılması üçün ən çox yayılan poçt şəbəkəsi yaxşı bir mühitdir", - deyə nazir qeyd edib.

Ə.Abbasov bu sahədə pilot layihənin bir neçə rayonda həyata keçiriləcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi