Azərbaycanda Peşəkar Mühasib Sertifikatları ilə bağlı videoçarx hazırlanıb

Azərbaycanda Peşəkar Mühasib Sertifikatları ilə bağlı videoçarx hazırlanıb Maliyyə Nazirliyi Peşəkar Mühasib Sertifikatları ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində videoçarx hazırlayıb.
Maliyyə
1 sentyabr 2022 08:04
Azərbaycanda Peşəkar Mühasib Sertifikatları ilə bağlı videoçarx hazırlanıb

Maliyyə Nazirliyi Peşəkar Mühasib Sertifikatları ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində videoçarx hazırlayıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, gələn il yanvarın 1-dən büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışan və bu vəzifəyə namizədlərdən Peşəkar Mühasib Sertifikatı tələb olunacaq. Videoçarxda Peşəkar Mühasib Sertifikatının verilmə prosesi, sertifikatın qüvvədə olma, əldə edilmə müddətləri və ardıcıllığı sadə və anlaşılan qrafik izah üzərində göstərilir. “Peşəkarlığınızı Peşəkar Mühasib Sertifikatı əldə edərək təsdiq edin” şüarı videoçarxın ana xəttini təşkil edir.

“Maliyyə Nazirliyi son illərdə idarəetmədə mühüm amil hesab olunan mühasibat uçotunun daha yüksək səviyyədə aparılması üçün peşəkar mühasiblər təbəqəsi yaradılması istiqamətində bir sıra addımlar atır. Belə ki, artıq bir sıra təşkilatların, o cümlədən büdcə təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib sertifikatına malik olması zəruri tələb kimi “Mühasibat uçotu haqqında” qanuna daxil edilib və baş mühasiblərin sözügedən sertifikatı əldə etmələri üçün Dövlət İmtahan Mərkəzi ilə birlikdə müvafiq tədbirlər görülür”, - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi