Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6 % artıb Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 327,5 milyon manatlıq, o cümlədən 20 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
10 Dekabr , 2021 12:16
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327,5 milyon manatlıq, o cümlədən 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-noyabr

aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 38 327,5 103,0
o cümlədən:
ərzaq məhsulları 18 842,2 102,7
içkilər və tütün məmulatları 1 909,0 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 022,7 101,8
elektrik malları və mebellər 2 040,8 101,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 373,6 128,6
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 851,2 131,2
avtomobil benzini və dizel yanacağı 2 279,5 103,8
digər qeyri-ərzaq malları 6 008,5 101,7

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 15,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5,3 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9 %-i ticarət müəssisələri, 50,5 %-i fərdi sahibkarlar tərəfindən, 22,6 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 % artıb, fərdi sahibkarlar üzrə 2,7 %, bazar və yarmarkalarda 0,4 % azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi