Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb - YENİLƏNİB

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb - YENİLƏNİB İlk xəbər 15 aprel, saat 16:23-də verilib
Maliyyə
304
16 Aprel , 2020 12:29
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb - YENİLƏNİB
0 : 00
0 : 00

İlk xəbər 15 aprel, saat 16:23-də verilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9% artım, qeyri-ərzaq malları üzrə isə 0,5% azalma müşahidə olunub.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə edilib:

o cümlədən:
ərzaq məhsulları 4 338,2 103,1
içkilər və tütün məmulatları 502,8 100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 545,7 96,4
elektrik malları və mebellər 528,4 100,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 63,6 98,3
əczaçılıq və tibbi mallar 144,7 130,5
avtomobil yanacağı 481,9 97,7
digər qeyri-ərzaq məhsulları 1 637,0 100,8

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7%-i ticarət müəssisələri, 47,8%-i fərdi sahibkarlar tərəfindən, 28,5%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5% artıb, fərdi sahibkarlar üzrə 1,1%, bazar və yarmarkalarda isə 11% azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və yaxud ötən ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi