Azərbaycanda özünüməşğulluq layihəsinə 21 bank qoşulub

Azərbaycanda özünüməşğulluq layihəsinə 21 bank qoşulub Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğuna bankların kömək göstərməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.
Maliyyə
22 İyun , 2020 14:40
Azərbaycanda özünüməşğulluq layihəsinə 21 bank qoşulub

Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğuna bankların kömək göstərməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir. 

Məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və ABA arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır. İndiyə qədər proqramın icrasına 21 yerli bank qoşulub. Bu günə qədər banklar 300-ə yaxın şəxs seçərək onlardan 102-nə sahibkarlıqla məşğul olmaq üçün avadanlıq verib. 

Kredit təşkilatları bu layihəni ilin sonuna qədər davam etdirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi