Azərbaycanda özəl bankların kredit qoyuluşu 10 %-dən çox azalıb

Azərbaycanda özəl bankların kredit qoyuluşu 10 %-dən çox azalıb Bu, illik müqayisədə 10,1 % azdır
Maliyyə
3 Aprel , 2021 17:25
Azərbaycanda özəl bankların kredit qoyuluşu 10 %-dən çox azalıb

Bu il martın 1-nə Azərbaycan banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 14 619,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,6 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 % azdır.

Kredit qoyuluşunun 11 442,6 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 10,1 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 803,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 18,3%-ə qalxıb.

Fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6 % azdır. İl ərzində BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,4 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi