Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 47,8 mlrd. manat təşkil edib.
“Report”un
Ötən il qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri 3,1% artaraq 45,9 mlrd. manata bərabər olub ki, bunun da 50,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ilində bir istehlakçı orta hesabla ayda 405,3 manatlıq və yaxud 2017-ci ilə nisbətən 17,4 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.