Azərbaycanda ötən il gömrük daxilolmaları 5% artıb

Azərbaycanda ötən il gömrük daxilolmaları 5% artıb Hesabat ilində gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları proqnozu 0,07% üstələyib
Maliyyə
6 Yanvar , 2016 10:38
Azərbaycanda ötən il gömrük daxilolmaları 5% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) üzrə 2015-ci il üçün müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 590 mln. manat proqnoza qarşı, faktiki olaraq 1 591,14 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, bu isə proqnozun 100,07% yerinə yetirilməsidir.

Bu, 2014-cü ilə nisbətən 80,4 mln. manat və ya 5,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi