Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb

Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir.
Maliyyə
13 Yanvar , 2020 22:26
Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb

"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Ondan əvvəlki ilin də aşağı inflyasiya səviyyəsini nəzərə alsaq, son 2 ildə qiymət artımı cəmi 2,1% təşkil edib. Buna olduqca mürəkkəb şəraitdə nail olunub. Ötən il Azərbaycanda böyük məbləğdə sosial paketlər, kreditlərin restrukturizasiyası həyata keçirilib, üstəlik dünyada ərzaq qiymətləri 12% artıb. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə əlaqəlidir, bu cür şəraitdə pul kütləsi 24% artırılıb, buna baxmayaraq aşağı inflyasiya əldə edilib.

Sorğular göstərir ki, Azərbaycan əhalisinin inflyasiya gözləntiləri, manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntiləri olduqca aşağıdır və bu da gələcəkdə inflyasiyanı idarə etmək üçün çox mühüm amillərdən biridir", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi