Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 müqavilə bağlanılıb

Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 müqavilə bağlanılıb Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 10 929 sığorta müqaviləsi bağlanılıb.
Maliyyə
3 Noyabr , 2017 11:47
Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 müqavilə bağlanılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 10 929 sığorta müqaviləsi bağlanılıb.

“Report” İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 207 063 manat təşkil edib.

Müqavilələrin 8 225-i yaşayış evləri və mənzillər, 145-i inzibati binalar, 2 559-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 42% azalma, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 352, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 20 790 manat təşkil edib.

Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 2 sığorta müqaviləsi bağlanılıb, sığorta haqlarının məbləği 930 manat olub.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi