Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 77 741 müqavilə bağlanılıb

Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 77 741 müqavilə bağlanılıb Bakı. 19 yanvar. REPORT.AZ/ 2017-ci ilin dekabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 77 741 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
Maliyyə
19 Yanvar , 2018 10:21
Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 77 741 müqavilə bağlanılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ 2017-ci ilin dekabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 77 741 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

“Report” İSB-yə istinadən xəbər verir ki, bunlardan 14 711 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 5 957 574manat təşkil edib. 2016-cı illə müqayisədə sığorta müqavilələrinin sayında 24%, sığorta haqlarının məbləğində isə 19% artım müşahidə edilib.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır. 

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi