Azərbaycanda orta aylıq əmək haqqı 466 manatı keçib

Azərbaycanda orta aylıq əmək haqqı 466 manatı keçib Dollar ekvivalentində bu göstərici illik müqayisədə 47% azalıb
Maliyyə
15 Fevral , 2016 14:53
Azərbaycanda orta aylıq əmək haqqı 466 manatı keçib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci il ərzində 5% artaraq 466,4 manat olub. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 495,8 min nəfər olub, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektoru, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Qeyd edək ki, orta aylıq nominal əmək haqqının illik artımı ABŞ dolları ekvivalentində müqayisə olunarsa, hazırda bu, təxminən 301 dollara, bir il öncə isə 566 dollara bərabər olub, yəni, dollar ifadəsində bu göstərici 2015-ci ildə 47% azalıb.

Son xəbərlər

Orphus sistemi