Azərbaycanda onlayn formada "Fintech Summit" keçiriləcək

Azərbaycanda onlayn formada "Fintech Summit" keçiriləcək Yanvarın 28-29-da "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə onlayn formada "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.
Maliyyə
25 Yanvar , 2021 16:09
Azərbaycanda onlayn formada Fintech Summit keçiriləcək

Yanvarın 28-29-da "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə onlayn formada "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, sammit ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində, VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda baş tutacaq.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Son xəbərlər

Orphus sistemi