Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 28 % artıb

Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 28 % artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 580,8 milyon manat vəsait daxil olub.
Maliyyə
21 oktyabr 2022 06:08
Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 28 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 580,8 milyon manat vəsait daxil olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 % çoxdur.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 416,4 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34,9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi