Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi hazırlanıb MBNP: "Ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır"
Maliyyə
17 May , 2018 10:24
Azərbaycanda  Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun layihəsi hazırlanıb
MBNP baş icraçı direktoru İbrahim Alışov / Report
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ "Azərbaycanda ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır".

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. 

"Azərbaycan bazarında informasiya texnologiyarının yeniliklərinə ən tez reaksiya verənlər ödəniş xidmətləri təchizatçılarıdır. Bunun üçün də bu sahədə hüquqi çərçivənin formalaşdırılması üçün "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinin hazırlanması qarşımızda labüd bir vəzifə kimi qoyulub. Layihə artıq yekun fazadadır. Qanunun tətbiqi ilə ödəniş xidməti təchizatçılarının sayı artacaq, yeni elektron pulların tətbiqi həyata keçiriləcək. Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi