Azərbaycanda növbəti “Kartla ödə, kartla qazan” lotoreyasına start verilir

Azərbaycanda növbəti “Kartla ödə, kartla qazan” lotoreyasına start verilir Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi tədbirlər çərçivəsində cəmiyyət
Maliyyə
1487
30 Oktyabr , 2020 10:58
Azərbaycanda növbəti “Kartla ödə, kartla qazan” lotoreyasına start verilir

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi tədbirlər çərçivəsində cəmiyyətdə nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması, iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə noyabrın 1-dən əhalini əhatə edən növbəti “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.

Bu barədə “Report”a AMB-dən bildirilib.

Məlumata görə, noyabrda keçiriləcək lotereya dövründə ölkə ərazisində emissiya edilmiş bütün növ bank kartları ilə ölkədəki təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcək. Lotereyanın uduş məbləği 100 manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ kartlar, o cümlədən pensiya, əmək haqqı, təqaüd və təhsil kartları iştirak edəcək. Ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ərtaflı məlumat AMB-nin internet səhifəsində - xüsusi bölmədə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi