Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb Ölkə daxilində 257 mln. manat həcmində 3,8 mln. əməliyyat həyata keçirilib
Maliyyə
12 May , 2017 14:35
Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-mart ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 257 mln. manat həcmində 3,782 mln. əməliyyat həyata keçirilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 82 mln. manat və ya 46,86% artıb.

Əməliyyatların 189 mln. manatı POS-terminallar, 68 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 88 mln. manat və ya 87,13% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 6 mln. manat və ya 8,11% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi