Azərbaycanda nağdsız ödənişlər üzrə ötən ilin lider bankları müəyyənləşib

Azərbaycanda nağdsız ödənişlər üzrə ötən ilin lider bankları müəyyənləşib Azərbaycan Mərkəzi Bankı 5 nominasiya üzrə aparıcı bankları müəyyən edib
Maliyyə
142
26 Aprel , 2016 14:55
Azərbaycanda nağdsız ödənişlər üzrə ötən ilin lider bankları müəyyənləşib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ildə nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması sahəsində elan edilmiş nominasiyalar üzrə qalib bankları müəyyən edib. 

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, ötən il üzrə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, "Elektron ticarətin inkişafında lider bank”, “Təmassız ödəniş kartları üzrə lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyaları üzrə qaliblər açıqlanıb.

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

I yer - “Bank of Baku” ASC;

II yer - “Bank Silk Way” ASC ;

III yer - “Bank Respublika” ASC.

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

I yer - “Bank Respublika” ASC;

II yer - “Bank of Baku” ASC;

III yer - “Turanbank” ASC;

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

I yer - “Azərbaycan Beynəlxalq Bankı” ASC;

II yer - “Bank Respublika” ASC;

III yer - “Unibank” ASC;

“Təmassız ödəniş kartları üzrə lider bank”nominasiyası üzrə:

I yer - “Dəmirbank” ASC;

II yer - “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer - “Bank Respublika” ASC;

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə:

I yer - “Dəmirbank” ASC;

II yer - “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer - “Paşa Bank” ASC.

Son xəbərlər

Orphus sistemi