Azərbaycanda müştərilərə dolların Moskva birjasının məzənnəsi ilə mübadiləsi təklif olunur

Azərbaycanda müştərilərə dolların Moskva birjasının məzənnəsi ilə mübadiləsi təklif olunur Bakı. 7 noyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)” ASC sahibkarlara valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir. İndi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür.
Maliyyə
7 Noyabr , 2017 17:05
Azərbaycanda müştərilərə dolların Moskva birjasının məzənnəsi ilə mübadiləsi təklif olunur

Bakı. 7 noyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)” ASC sahibkarlara valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir. İndi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür.

“Report"un Banka istinadən verdiyi xəbərə görə, bankın korporativ müştəriləri dolları rubla Moskva Banklararası Valyuta Birjasının məzənnəsinə əsasən dəyişə bilər.

Bundan başqa, biznesi Rusiya bazarı ilə əlaqəli olan sahibkarlar bir sıra rubl əməliyyatları üzrə xüsusi şərtlər qazanır. Müştərilərə hesablaşma-kassa xidmətləri, kredit və overdraft, sənədli əməliyyatlar, depozitlər, biznes kartları, əmək haqqı layihəsi və ekvayrinq kimi xidmətlər təklif olunur. Hesablaşma-kassa əməliyyatları həyata keçirərkən məbləğ üzrə məhdudiyyət yoxdur. Beləliklə, müştəri istənilən həcmdə pul köçürə və ya konvertasiya edə bilər.

Eləcə də Bankda VTB qrupun banklarında (VTB (Gürcüstan), VTB (Ukrayna) VTB (Belarus), VTB (Qazaxıstan), VTB24, Poçta Bank (Rusiya) hesaba köçürmə üzrə müştərilər üçün xüsusi tariflər mövcuddur. Belə ki, qrup daxilində hesaba köçürmələr üzrə komissiya köçürülən məbləğin cəmi 0,1%-ni təşkil edir. 

Son xəbərlər

Orphus sistemi