Azərbaycanda mühasiblər sertifikatlaşdırmadan keçəcək

Azərbaycanda mühasiblər sertifikatlaşdırmadan keçəcək "Mühasibat uçotu haqqında" qanuna dəyişikliklər hazırlanır
Maliyyə
406
11 Mart , 2016 11:08
Azərbaycanda mühasiblər sertifikatlaşdırmadan keçəcək

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda "Mühasibat uçotu haqqında" qanuna dəyişikliklər layihəsi hazırlanır. Bu qanuna ediləcək dəyişikliklər nəticəsində mühasibat uçotu sahəsində beynəlxalq standartlara tam keçid, peşəkar mühasib anlayışının və bu sahədə sertifikatlaşdırma sisteminin tətbiqi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" tədbirində Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

N.Əmirov qeyd edib ki, sənəddə sahibkarlıq subyektlərinin formasından asılı olaraq mühasib və ya baş mühasib vəzifəsini icra edən şəxsin peşəkar olması və bununla bağlı peşəkar mühasib sertifikatına malik olması ilə bağlı tələblər, sertifikatın əldə edilməsi üçün imtahan keçirilməsi prosesi əksini tapıb.