Azərbaycanda MHŞT-nin tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib

Azərbaycanda MHŞT-nin tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib İclasda Azərbaycanda keçiriləcək MHŞT üzrə qiymətləndirməyə dair təşkilati məsələlər müzakirə olunub
Maliyyə
10 Dekabr , 2014 09:40
Azərbaycanda MHŞT-nin tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib
Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

ARDNF-dən "Report"a verilən məlumata görə, iclas zamanı Azərbaycanda keçiriləcək MHŞT üzrə qiymətləndirməyə dair təşkilati məsələlər, prosesin həyata keçirilməsi və bununla bağlı digər müddəalar müzakirə olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Son xəbərlər

Orphus sistemi