Azərbaycanda mədən vergisi üzrə büdcə daxilolmaları 3% artacaq

Azərbaycanda mədən vergisi üzrə büdcə daxilolmaları 3% artacaq Gələn il Azərbaycanın dövlət büdcəsində mədən vergisi üzrə daxilolmaların 142 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
8 noyabr 2021 08:22
Azərbaycanda mədən vergisi üzrə büdcə daxilolmaları 3% artacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində mədən vergisi üzrə daxilolmaların 142 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9% çoxdur.

Mədən vergisi üzrə daxilolmaların 134,6 milyon manatı neft, 7,4 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.

Son xəbərlər

Orphus sistemi