Azərbaycanda məcmu bank aktivləri kəskin azalıb - YENİLƏNİB

Azərbaycanda məcmu bank aktivləri kəskin azalıb - YENİLƏNİB Bu ilin ilk 9 ayında bank aktivləri 17%, kredit portfeli 25%, əmanətlər isə 6% azalıb
Maliyyə
3 Noyabr , 2017 16:25
Azərbaycanda məcmu bank aktivləri kəskin azalıb - YENİLƏNİB
Report

İlk xəbər saat 16:15-də verilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu aktivləri 2017-ci il oktyabrın 1-nə 26 163,6 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 3 328,1 mln. manat və yaxud 11,3% azdır.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

İlin əvvəlinə nisbətən isə bank aktivləri 16,8% azalıb.

Bankların aktivlərinin 45,7%-ni və yaxud 11 966,9 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 9 ayında bankların kredit portfeli 24,9% daralıb.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,6% azalaraq 23,145 mlrd. manat, o cümlədən depozit portfeli 6,4% artaraq 15 362,4 mln. manat olub. Bunun 6 999,5 mln. manatını fiziki şəxslərin depozitləri, 8 362,9 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əmanətlər 5,8%, şirkətlərin vəsaitləri isə 6,85% azalıb.

Yanvar-sentyabr aylarında bankların Mərkəzi Bank qarşısında öhdəlikləri isə 63,3% azalaraq 570,8 mln. manata düşüb.

Hesabat dövründə kredit təşkilatlarının balans kapitalı 58,1% artaraq 3 018,6 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi