Azərbaycanda manatla geniş pul kütləsi 21 % artıb

Azərbaycanda manatla geniş pul kütləsi 21 % artıb Bu il sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsi 31 289,2 milyon manat təşkil edib.
Maliyyə
25 Sentyabr , 2021 10:10
Azərbaycanda manatla geniş pul kütləsi 21 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsi 31 289,2 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, avqustun 1-i ilə müqayisədə 0,7% az, ilin əvvəli ilə müqayisədə 7,2%, ötən il sentyabrın 1-nə nisbətən isə 16,2% çoxdur.

Avqustun sonuna manatla geniş pul kütləsi 21 946,9 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 % , ilin əvvəli ilə müqayisədə 8,1 %, ötən ilin avqustun sonuna nisbətən isə 21,1 % çoxdur.

Son xəbərlər

Orphus sistemi